İlham Əliyev: "Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır"

İlham Əliyev: "Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır" "Heç bir kənar qüvvə Azərbaycanın siyasətinə təsir edə bilməz"
Daxili siyasət
24 Noyabr , 2015 17:37
İlham Əliyev: Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır

Bakı. 24 noyabr. REPORT.AZ/ "Heç bir kənar qüvvə Azərbaycanın siyasətinə təsir edə bilməz. Ölkəyə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dünyada vəziyyətin, güclər nisbətinin dəyişdiyini, Azərbaycanda isə təhlükəsizliyin təmin edildiyini, eləcə də ölkənin özünün hər bir xarici müdaxilədən qorumaq iqtidarında olduğunu deyən Prezident İlham Əliyev dövlətin müstəqillik yolu ilə uğurla getdiyini bildirib. 

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir: "İqtisadi sahədə qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstərilməlidir, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi əhəmiyyətlidir. Cənub Qaz Dəhlizinin reallaşması ölkənin imkanlarını daha da genişləndirəcək, bölgələrdə, qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq, bundan əlavə, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi