Yuxarı

İƏT Azərbaycandakı prezident seçkilərinə müşahidəçilər göndərəcək

İƏT Azərbaycandakı prezident seçkilərinə müşahidəçilər göndərəcək
Müşahidə missiyası formalaşma prosesindədir

Bakı. 12 mart. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.

Bu barədə "Report"a təşkilatın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda müşahidə missiyası üzvlərinin sayı və tərkibi formalaşdırılır. 

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Seçki prosesini həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), MDB-nin, GUAM-ın və digər təşkilatların müşahidəçiləri izləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi