Yuxarı

İcra başçısı: “Diqlas”da malları yanan sahibkarların hüquqları dövlət səviyyəsində qorunacaq”

İcra başçısı: "Sahibkarların hüquqları dövlət səviyyəsində qorunacaq"
© Report/ Elchin Murad

“Yanan “Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”.

“Report” xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib.

“Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub. İndi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi