Yuxarı

“İçərişəhər” rəsmisi hüquqşünas Aslan İsmayılova cavab verib

“İçərişəhər” rəsmisi hüquqşünas Aslan İsmayılova cavab verib

"Həmin fotoları yayanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Əslində, hüquqşünas olduğunu iddia edən bu adam İçərişəhərin qaydalarından xəbərsizdir".

"Report" xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O, fotoları yayan hüquqşünas Aslan İsmayılovun qeyri-obyektiv olduğunu bildirib: "Mən də hüquqşünasam. Görünür, onun hüquqdan xəbəri yoxdur. Buradan üzümü həmin hüquqşünasa tutub demək istəyirəm ki, İçərişəhərin bufer zonasının qaydaları ilə tanış olsun".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi