Bakı. 12 may. REPORT.AZ/ Prezident İlham Əliyev Əsgər Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.