Hüquq sahəsində fəaliyyəti olan şəxslərə “Tərəqqi” medalı veriləcək

Hüquq sahəsində fəaliyyəti olan şəxslərə “Tərəqqi” medalı veriləcək Milli Məclis “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edib
Daxili siyasət
6 Oktyabr , 2015 13:17
Hüquq sahəsində fəaliyyəti olan şəxslərə “Tərəqqi” medalı veriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda hüquq sahəsində fəaliyyəti olan şəxslərə “Tərəqqi” medalı veriləcək. “Report” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilib. 

Xatırladaq ki, hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi