Yuxarı

Heyvan kəsimi yerlərində olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikası aparılacaq

Heyvan kəsimi yerlərinə nəzarət gücləndirilir

Azərbaycanda heyvan kəsimi yerlərində olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikası aparılacaq.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən Qida təhlükəsizliyi Agentliyi 2023-cü ilə qədər heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasını aparacaq, onların optimallaşdırılması və modernləşdirilməsi istiqamətində addımlar atacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi