Ağdamda Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib - FOTO

Ağdamda Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib - FOTO Beynəlxalq Mugam Mərkəzinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib.
Daxili siyasət
14 İyul , 2019 22:28
Ağdamda Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib - FOTO

Beynəlxalq Mugam Mərkəzinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

Əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ulu öndərin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensial yaradıldığını bildirib. Qeyd edilib ki, məhz Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatçılığı baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb.

Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət müasir dövrdə daha da zənginləşdirilərək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlar üçün indiyədək bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 104 qəsəbə tikilərək istifadəyə verilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığın icrasını şəxsən nəzarətdə saxlayır və bu sahədə işlər ardıcıllıqla davam etdirilir.

Sonra respublikamızın tanınmış incəsənət ustaları ağdamlılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə əsasən xalq mahnıları, muğam parçaları ifa olunub.

Tədbirdə dövlət komitəsinin rəhbərliyi, məcburi köçkünlər və Ağdam sakinləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi