​Heydər Əliyev AMEA Şərqşünaslıq İnstitutunda anılıb

​Heydər Əliyev AMEA Şərqşünaslıq İnstitutunda anılıb İnstitutun direktoru ulu öndərin Azərbaycanın həyatında oynadığı roldan danışıb
Daxili siyasət
11 Dekabr , 2015 21:07
​Heydər Əliyev AMEA Şərqşünaslıq İnstitutunda anılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

İnstitutdan "Report"a verilən məlumatda bildirilib ki, tədbiri giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva açıb və ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb.

İnstitutun “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və başqaları Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıblar.

Son xəbərlər

Orphus sistemi