Yuxarı

Hesablama Palatası üzvlərinin maaşı ikiqat artırılıb

Hesablama Palatası üzvlərinin maaşı artdı

Azərbaycan Prezidenti İlham ƏliyevHesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədlə palata üzvlərinin sosial müdafiəsi gücləndirilib.

Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi