Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə hesabat Prezidentə təqdim olunacaq

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə hesabat Prezidentə təqdim olunacaq Bakı. 7 fevral. REPORT.AZ/ Nazirlər Kabinetində (NK) Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib.
Daxili siyasət
7 Fevral , 2019 15:02
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə hesabat Prezidentə təqdim olunacaq

Bakı. 7 fevral. REPORT.AZ/ Nazirlər Kabinetində (NK) Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib.

NK-dan “Report”a verilən məlumata görə, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb. O, iclasın əsas məqsədinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülən işlər, qarşıda duran vəzifələr, bununla bağlı Azərbaycan Prezidentinə təqdim ediləcək hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin DİM-lər üzrə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və göstəricilərin yekun layihəsinin müzakirəsi və təsdiqi olduğunu deyib.

İclasda bu ilin iyul ayında Yüksək Səviyyəli Siyasi Forumunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanmasının cari vəziyyəti də müzakirə edilib.

Gündəlikdə duran digər məsələ isə DİM-lərin həyata keçirilməsində özəl sektorun rolu mövzusunda aidiyyəti qurumlarla birgə panel müzakirənin keçirilməsi təşəbbüsü olub.

Sonda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülən işlər, qarşıda duran vəzifələrlə bağlı hesabat təsdiq olunub və onun Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi