Prezident İlham Əliyev: "Hər bir mərhələdə bütün tikinti marteriallarına ciddi nəzarət olunmalıdır"

Prezident İlham Əliyev: "Hər bir mərhələdə bütün tikinti marteriallarına ciddi nəzarət olunmalıdır" "Əgər ekspertiza həqiqətə uyğun deyilsə, ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb olunmalıdır"
Daxili siyasət
20 May , 2015 19:19
Prezident İlham Əliyev: Hər bir mərhələdə bütün tikinti marteriallarına ciddi nəzarət olunmalıdır

Bakı. 20 may. REPORT.AZ/ Hər bir mərhələdə bütün tikinti materiallarına ciddi nəzarət olunmalıdır. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.

"Bir dənə də olsun müqaviləsiz iş görülən, yaxud da ekpertizası olmayan bina olmamalıdır. Əgər ekspertiza varsa və həqiqətə uyğun deyilsə, o zaman ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb olunmalıdır. Ona görə hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyətləri nəzərdə tutulur ki, birdəfəlik biz bu məsələlərə son qoyaq, bu hərc-mərcliyə son qoyaq. Çünki bu bizə yaraşmaz. Azərbaycanda bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdən ibarətdir", - Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, yanğın baş vermiş bina ilə bağlı bütün vəzifələr qoyulub, məsələ ciddi araşdırılacaq: "Bütün cinayətkar şəxslər məsuliyyətə cəlb ediləcək və onları çox böyük cəza gözləyir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün konkret təkliflər paketi mənə təqdim edilsin. Mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur. Bu tənzimləmə məsələləri qanuvericilikdə təsdiq edilir, ancaq həyatda buna riayət olunmur, binalar təmir edilir, müqavilə bağlanılmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir".

Son xəbərlər

Orphus sistemi