Hava nəqliyyatında tezalışan mayelərin yüklənməsi yerlərində tütündən istifadə qadağan olunub

Hava nəqliyyatında tezalışan mayelərin yüklənməsi yerlərində tütündən istifadə qadağan olunub Bakı. 20 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.
Daxili siyasət
20 Aprel , 2018 00:58
Hava nəqliyyatında tezalışan mayelərin yüklənməsi yerlərində tütündən istifadə qadağan olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.

"Report"un məlumatına görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən hava gəmilərinə TAM-ın (tezalışan mayelərin) yüklənməsi yerlərinin yaxınlığında açıq oddan istifadə etmək və ya tütün çəkmək qəti qadağan edilib.

TAM-ın yükləmə meydançalarında, yaxşı görünən yerlərdə, hərflərinin hündürlüyü 75 mm-dən az olmayan, parlaq-qırmızı yazılı ağ lövhələr asılmalıdır: "Tezalışan maye"; "Açıq odla və fənərlə yaxınlaşmamalı"; "Tütün çəkmək qadağandır"; "Yanğın vaxtı bu telefona zəng etməli".

Digər dəyişikliyə əsasən 4-cü sinifdən olan təhlükəli yüklərin saxlanıldığı yerlərdə tütün çəkmək qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi