Yuxarı

Ramiz Rzayev: "Hakimlərin sayının artırılması məhkəmə qərarlarının keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərəcək"

Hakimlərin sayının artırılması iş yükünün azalmasına təsir edəcək

"Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması, hakimlərin iş yükünün azalmasına, məhkəmə qərarlarının, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə, heç şübhəsiz ki, öz təsirini göstərəcəkdir".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

Ali Məhkəmənin sədri bildirib ki, dövlət başçısının imzaladığı fərmanda nəzərdə tutulan tədbirlər vahid bir məqsədə – ədalət mühakiməsinin nüfuzunun gücləndirilməsinə, dövlətlə xalqın birliyinə xidmət edir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkəmə-hüquq islahatları prosesini daim diqqətdə saxlaması isə fərmanda qoyulan vəzifələrin və verilən tövsiyələrin həyata keçiriləcəyinə, respublikamızda digər inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, insanların məhkəmə müdafiəsi hüququna tam təminat verən müasir, etimad doğuran və yüksək nüfuza malik olan məhkəmə sisteminin inkişaf edəcəyinə əminliyi daha da artırır. Şübhəsiz ki, yaradılan şəraitdən lazımınca istifadə etməklə fərmanda müəyyən edilmiş vəzifələr və cənab Prezidentin tövsiyələri uğurla həyata keçiriləcəkdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi