Bakı. 21 aprel. REPORT.AZ/ Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.