Yuxarı

Hacı Şahin Həsənli məhbuslarla görüşüb

Hacı Şahin Həsənli məhbuslarla görüşüb
© penitensiar.justice.gov.az

Bakı. 20 iyul. REPORT.AZ/ Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi arasında məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, onların dini etiqad azadlıqlarının təmin olunması və dini maarifləndirilməsi məqsədi ilə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Dini ekstremizmə qarşı mübarizənin əsas məqsədləri” mövzusunda məhkumlarla seminar-treninqlər keçirilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirlərdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, o cümlədən Hacı Şahin Həsənli iştirak edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən müəssisələrə müxtəlif dini kitablar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi