​Gülağa Aslanlı: "Onları öyrədən adamların hüquqdan xəbəri yoxdur"

​Gülağa Aslanlı: "Onları öyrədən adamların hüquqdan xəbəri yoxdur" Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri: "Ədliyyə Nazirliyi onların müraciətini təmin etməyəcək"
Daxili siyasət
17 Avqust , 2015 17:39
​Gülağa Aslanlı: Onları öyrədən adamların hüquqdan xəbəri yoxdur

Bakı. 17 avqust. REPORT.AZ/ "Müsavat Partiyasının qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edənlərin hüquqdan xəbəri yoxdur". 

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında belə deyib. 

G.Aslanlı bildirib ki, bu cür addımın atılması qanunsuzluqdur. Onun fikrincə, kimsənin Müsavat Partiyasının qurultayının nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyəti yoxdur: "Belə bir addım atırlarsa, təbii ki, nazirlik onların müraciətini rədd edəcək. Onları öyrədib ortaya atan adamların hüquqdan xəbəri yoxdur".

Qeyd edək ki, Müsavatın 2014-cü ildə keçirilən VIII qurultayının nəticələrindən narazı qalan sabiq partiya üzvləri Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Onların məqsədi sonuncu qurultayın nəticələrinin ləğv edilməsidir. Artıq müraciəti imzalayacaq şəxslərin siyahısı hazırdır.

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok"u yaratdığını elan edib.

Son xəbərlər

Orphus sistemi