Goranboyda polis veteranları ilə görüş keçirilib

Goranboyda polis veteranları ilə görüş keçirilib Goranboy Rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib.
Daxili siyasət
21 May , 2019 18:47
Goranboyda polis veteranları ilə görüş keçirilib

Goranboy Rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, polis veteranlarının ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

Tədbiri Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov bildirib ki, polis veteranları, onların təcrübələri çox dəyərlidir, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların böyük əməyi var. 

Polis Veteranları Şurasının sədri Şahin Əliyev hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını, sabitliyin bərpasında, gənc əməkdaşların peşəkarlığının artmasında ciddi uğurlar əldə olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi