Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edə bilər
Daxili siyasət
25 Avqust , 2016 12:31
Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı. 25 avqust. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, nazir avqustun 26-sı saat 11:00-da Quba Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) vətəndaşlarla görüşəcək.

Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:

Quba 050 200 27 37, 070 202 27 37, Qusar 055 435 76 16, 070 317 24 13, Siyəzən 055 694 53 76, 050 569 43 76, Şabran 055 612 26 62,  050 351 79 05, Xaçmaz 055 578 35 99, 050 270 80 60. 

Son xəbərlər

Orphus sistemi