"Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib

"Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib Azad Rəhimov: "2025-ci ilə qədər əsas hədəf və vəzifələr müəyyən edilib"
Daxili siyasət
5 Aprel , 2016 11:27
Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda seminar keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün "Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib. "Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov və nazirliyin digər rəsmiləri iştirak edib.

Əvvəlcə cəbhədə şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından nazir ölkədə gənclərlə görülən işlərdən söz açıb: "Ölkəmizdə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi Gənclər və idman Nazirliyi, onun yerli idarələrinə həvalə edilib. Biz Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında yaxından iştirak edən gənclərin inkişafında əlimizdən gələni edirik". 

O, gənclərlə bağlı gələcək planlardan da danışıb: "2025-ci ilə qədər əsas hədəf və vəzifələr müəyyən edilib. 17 müxtəlif kateqoriyadan olan gənclərlə işlərin qurulması nəzərdə tutulub. Hər bir qrupun müxtəlif tələbatları olduğu üçün bizim iş metod və formalarımız fərqlidir".

A.Rəhimov ölkədə 35 Gənclər Evinin istifadəyə verildiyini və burada gənclərlə uğurlu şəkildə iş aparıldığını qonaqların diqqətinə çatdırıb.

Seminar digər qonaqların çıxışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi