Gəncənin icra başçısı özünə yeni köməkçi təyin edib

Gəncənin icra başçısı özünə yeni köməkçi təyin edib Gəncə. 3 sentyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.
Daxili siyasət
3 Sentyabr , 2018 19:16
Gəncənin icra başçısı özünə yeni köməkçi təyin edib

Gəncə. 3 sentyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə bundan əvvəl də N.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə onun köməkçisi işləmiş Kamran Məhərrəm oğlu Məhərrəmov gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin köməkçisi işləmiş Tural Yaşar oğlu Hacızadə isə ŞİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi