Video əlavə olunub
*** 12:55
Gəncədə "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə,
Konfransda terrorçuluğa qarşı mübarizə aparılması, insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, terrorçuluğun maliyyələşdirilməsi və bu istiqamətdə digər yardımların qarşısının alınması mövzularında çıxışlar edilib.
Tədbirdə DTX tərəfindən həyata keçirilən antiterror əməliyyatları ilə bağlı məlumatlar da verilib.