Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib

Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib Gəncə şəhərində seçicilərin fəallığı davam edir
Daxili siyasət
26 Sentyabr , 2016 17:52
Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib

Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarında (DSK) 147 390 seçicinin 60,8 faizi indiyədək səsvermə hüququdan istifadə edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində seçicilərin fəallığı davam edir.

Gəncə şəhər 37 saylı Nizami rayon Birinci DSK-dan verilən məlumata görə, seçicilərin 19 721 nəfəri səs verib ki, bu da dairə üzrə ümümi seçicilərin 60,1 faizini təşkil edir. 

Gəncə şəhər 38 saylı Nizami rayon ikinci DSK üzrə saat 17:00-a qədər ümumi seçicilərin 60,8 faizi, 20 807 nəfəri səs vermədə iştirak edib. 

Gəncə şəhər 39 saylı Kəpəz rayon Birinci DSK üzrə  24 647 seçici, ümumi dairə seçicilərinin 58,92 faizi səsvermədə iştirak edib. 

Gəncə şəhər 40 saylı Kəpəz rayon İkinci DSK üzrə seçicilərin 58,2 faizi, 24 453 nəfəri səsvermədə iştirak edib.

Gəncə şəhərində fəaliyət göstərən Kəlbəcər rayon 123 saylı DSK səsvermə davam edir. Dairədən verilən məlumata görə, ümümu seçici sayı 49 716 nəfər olan dairədə saat 17:00-a qədər 33 756 nəfər iştirak edib ki, bu da DSk üzrə seçicilərin 67,8 fazini təşkil edir.

Son xəbərlər

Orphus sistemi