Yuxarı

Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı

​Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı

1070

Gəncədə karantin rejimini pozaraq internet klub işlədən və orada olan şəxslər aşkarlanıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb. İnternet klubda olan yeniyetmələrin valideyinlərinə polis əməkdaşları tərəfindən xəbərdarlıq edilib və sağlamlıqları üçün evdə qalmaları tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi