Gəncədə Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 10 min gənc fləşmob keçirib - FOTO

Gəncədə Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 10 min gənc fləşmob keçirib - FOTO Fləşmobu Ginnesin rekordlar kitabının nümayəndələri də izləyib
Daxili siyasət
7 May , 2015 15:03
Gəncədə Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 10 min gənc fləşmob keçirib - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şəhərin baş meydanında minlərlə gənc ümummilli liderin canlı portretini və imzasını yaradıblar.

“Report” xəbər verir ki, fləşmobda 10 minə yaxın gənc iştirak edib.

Say tərkibinə görə bu fləşmob nəinki Azərbaycanda, dünyada ilk dəfədir ki, həyata keçirilir. Bu canlı portretin yaradılması "Ginnesin rekordlar kitabı"na təqdim olunub.

"Ginnesin rekordlar kitabı"nın Gəncədə olan nümayəndələri də fləşmobu canlı izləyiblər. Onların bildirdiyinə görə, ilk dəfədir ki, 10 minə yaxın insan bir araya gələrək portret yaradırlar.

Son xəbərlər

Orphus sistemi