Yuxarı

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəxslərin adları əbədiləşdirilib

​Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəxslər

Gəncə şəhərində Şəhidlər xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" adlı abidə ucaldılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami Rayon Bələdiyyəsi tərəfindən inşa edilib. Onun üzərinə Vətən uğrunda gedən döyüşlər zamanı itkin düşmüş 90 nəfərin adı həkk olunub.

Qeyd edək ki, Gəncənin Şəhidlər xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur.

Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün 2013-cü il yanvarın 20-də hündürlüyü 21 metr olan əbədi məşəl abidəsi ucaldılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi