Yuxarı

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad olunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nürəddin Nizami oğlu İbrahimov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi