Gəmiçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Gəmiçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib Proqram 2016-2020-ci illəri əhatə edir
Daxili siyasət
7 Noyabr , 2016 22:23
Gəmiçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilməsi barədə sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sənəddə qeyd olunur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etsin və bununla bağlı görülən işlər barədə hər il prezidentə məlumat versin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi