Yuxarı

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiqlənib

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiqlənib

Bakı. 7 may. REPORT.AZ/ "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiq edilib.

"Report" xəbər verir ki, əsasnaməyə əsasən medalla təltif ediləcək şəxlər müəyyənləşdirilib. 

"Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Əsasnaməyə əsasən taxılma qaydası da təsdiqlənib. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi