Gələn il üçün qrant müsabiqəsinin qayda və şərtləri ilə bağlı qərar qəbul edilib

Gələn il üçün qrant müsabiqəsinin qayda və şərtləri ilə bağlı qərar qəbul edilib Yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflər nəzərə alınıb
Daxili siyasət
29 Noyabr , 2016 19:06
Gələn il üçün qrant müsabiqəsinin qayda və şərtləri ilə bağlı qərar qəbul edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. 

Şuranın mətbuat xidmətindən "Report"a bildirilib ki, şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.

Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-lərin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi