Bakı. 21 noyabr. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Nazirlər Kabinetinə 10 023 891 manat vəsait ayrılacaq.
“Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.
Bu rəqəm 2016-cı ildə 8 945 453 manat olub.
2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 078 438 manat çoxdur.