Yuxarı

Partiyaların MSK-ya hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır

Gələn həftə siyasi partiyaların MSK-ya maliyyə hesabatı təqdim etmələr

© Report / Elchin Murad — Mərkəzi Seçki Komissiyası

Gələn həftə - aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

“Report”un xəbərinə görə, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 29-u MSK-ya maliyyə hesabatı təqdim edib.

Bunlar:

- hakim Yeni Azərbaycan Partiyası (YAP),

- Azərbaycan Naminə Alyans Partiyası,

- Azərbaycan Liberal Partiyası,

- Azərbaycan Xalq Demokratik Partiyası,

- Azərbaycan Sosial Demokrat Partiyası,

- Böyük Quruluş Partiyası,

- Azərbaycan Demokratik Maarifçilik Partiyası,

- Azərbaycan Respublikaçılar Partiyası,

- Azərbaycan Kommunist Partiyası,

- Müsavat Partiyası,

- Klassik Xalq Cəbhəsi Partiyası,

- Müasir Musavat Partiyası,

- Vətəndaş Həmrəyliyi Partiyası,

- Milli Vəhdət Partiyası,

- “Birlik” Partiyası,

- Azərbaycan Milli Demokrat Partiyası,

- Azərbaycan Təkamül Partiyası ,

- Milli Dirçəliş Hərəkatı Partiyası,

- Ana Vətən Partiyası,

- Azərbaycan Milli İstiqlal Partiyası,

- “Qorqud” Partiyası,

- Vahid Azərbaycan Partiyası,

- Azərbaycan Xalq Partiyası,

- “Azərbaycan Mübarizləri” Partiyası,

- Vətəndaş Birliyi Partiyası,

- Demokratik İslahatlar Partiyası,

- Aydınlar Partiyasıdır,

- Azərbaycan Yurddaş Partiyası,

- Demokratik Azərbaycan Dünyası Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi