Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq

Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq Ali Məclisin sessiyasında muxtar respublikanın 2016-cı il dövlət büdcəsi də təsdiqlənəcək
Daxili siyasət
18 Dekabr , 2015 09:12
Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası dekabrın 22-də keçiriləcək.

"Report"un xəbərinə görə, sessiyanın gündəliyinə 2015-ci ildə Naxçıvanın sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiqlənməsi, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı, Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilməsi daxil edilib. 

Son xəbərlər

Orphus sistemi