Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar"

Füzuli RİH başçısının birinci müavini: "İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar" "Hazırda rayon ərazisində vəziyyət sabitdir"
Daxili siyasət
13 Yanvar , 2016 13:54
Füzuli RİH başçısının birinci müavini: İcra başçısı Alı Alıyevin sakinlərlə profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar

"Hazırda rayon ərazisində vəziyyət sabitdir"

Bakı. 13 yanvar. REPORT.AZ/ Füzuli Rayon İcra Hakimiyyəti (RİH) rayonun Balabəhmənli kəndi ərazisində aksiya keçirilməsinə münasibət bildirib. RİH başcısının birinci müavini Bağır Aslanov "Report"a açıqlamasında deyib ki, Balabəhmənli kəndinin 500-ə yaxın sakini Bakı-Horadiz avtomobil və dəmir yolunu kəsməyə cəhd ediblər: "Aksiya keçirilən əraziyə rayon polis qüvvələri cəlb olunub. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin ərazidə sakinlərlə profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda rayon ərazisində vəziyyət sabitdir".

Son xəbərlər

Orphus sistemi