Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq
Daxili siyasət
23 Noyabr , 2016 23:39
Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi