Fərəh Əliyeva: “Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların taleyi ilə maraqlanacağıq”

Fərəh Əliyeva: “Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların taleyi ilə maraqlanacağıq” “Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların həyatı və taleyi ilə maraqlanacağıq”.
Daxili siyasət
27 Dekabr , 2019 10:51
Fərəh Əliyeva: “Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların taleyi ilə maraqlanacağıq”
Fərəh Əliyeva / Report / Elchin Murad

“Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların həyatı və taleyi ilə maraqlanacağıq”.

“Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi həmin şəxslərin karyeralarında yüksəliş strategiyalarına nəzarət edəcək:

“Biz ölkədə idarəetmədə və idarəçilikdə lazım olan kadrların potenisallarını üzə çıxarmaq üçün bu müsabiqəni yaratmışıq. Burada söhbət müəyyən mənada həmin insanların seçilməsi deyil, müəyyən mərhələlərdən sonra onların taleyi ilə maraqlanmaqdır. Əminəm ki, müsabiqənin qaliblərinə iş təklifləri də olacaq. Artıq belə bir maraq duyuruq”.

Son xəbərlər

Orphus sistemi