Yuxarı

Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi - RƏSMİ

Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən ist
Dinlə

26622

Yaşayış yerini tərk etmək üçün icazə alan vətəndaşların hansı halda şəxsi avtomobillərindən istifadə etməsi müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

Onun sözlərinə görə, dövlət orqanları, şirkətlər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminə əməkdaşlarının adını daxil etməklə yanaşı, nəqliyyat vasitələrinin də adını daxil edə bilərlər:

“Təbii ki, nəqliyyat vasitəsinin qeydiyyatı lazımdır. Amma əsas məsələ həmin nəqliyyat vasitəsinin içərisində olan şəxsin də icazəsinin olmasıdır. İcazə alan vətəndaş öz nəqliyyat vasitəsindən istifadə edə bilər. Amma qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir. Burada əsas hədəf nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması deyil, vətəndaşlar arasında təmasın minimuma endirilməsidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi