ETSN-nin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-nin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib Bakı. 12 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.
Daxili siyasət
12 Dekabr , 2018 18:32
ETSN-nin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, guşədə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunur.

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Son xəbərlər

Orphus sistemi