Əqli Mülkiyyət Agentliyinin tabeçiliyinə veriləcək qurumlar və işçilərinin say həddi müəyyənləşib

Əqli Mülkiyyət Agentliyinin tabeçiliyinə veriləcək qurumlar və işçilərinin say həddi müəyyənləşib Bakı. 30 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
30 İyul , 2018 20:26
Əqli Mülkiyyət Agentliyinin tabeçiliyinə veriləcək qurumlar və işçilərinin say həddi müəyyənləşib

Bakı. 30 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” təsdiq edilib. 

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilir.

Nazirlər Kabinetinə  Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, bu fərmana uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Agentliyin tabeliyində ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını apararaq patent və şəhadətnamə verilməsi üçün ekspert rəyini hazırlayan, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən, habelə müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlayan, patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak edən publik hüquqi şəxs statuslu “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi”ni yaratmaq və bu barədə Prezidentə məlumat vermək, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnamə fondunu 300 000 (üç yüz min), Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnamə fondunu isə 500 000 (beş yüz min) manat məbləğində müəyyən etmək, bu fərmana uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq etmək, Agentliyin strukturunu bir ay müddətində təsdiq etmək, “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamının 8.5-ci və 8.6-cı bəndlərinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Prezidentə (Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və bu fərmanda nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi, Agentliyin yenidən təşkil və ləğv edilməsi), Nazirlər Kabinetinə (bu fərmanda nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi, strukturunun və illik maliyyə hesabatlarının təsdiq edilməsi, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi), Agentliyə (inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi) həvalə edilir. 

Agentliyin ilkin nizamnamə fondu 5 000 000 manat təşkil edir, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir, Agentliyin işçilərinin say həddi 69 ştat vahididir, bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, icra orqanının yaradılmasını, onun səlahiyyətlərinin müəyyənləşdirilməsini və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir, bu fərmanda nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin ilkin nizamnamə fondunda və Patent və Əmtəə Nişanları Mərkəzinin nizamnamə fondunda olan vəsait hesabına formalaşır, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin və bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir, Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir, Agentlik dövlət qeydiyyatına alındığı gündən “mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik olmuş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti, Agentliyin təklifləri əsasında Nazirlər Kabineti həyata keçirir.

Agentlik dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli, dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməli, bir ay müddətində Respublika Elmi-Texniki Kitabxanasının əsasnaməsini və strukturunu, həmçinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin say həddini təsdiq etməli, bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində onun işçilərinin say həddini təsdiq etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

7. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 754) 6-cı hissəsi ləğv edilir.

Son xəbərlər

Orphus sistemi