Emin Şəkinski kollektivə təqdim olunub

Emin Şəkinski kollektivə təqdim olunub Onu kollektivə nazir Ramil Usubov təqdim edib
Daxili siyasət
17 İyun , 2016 09:18
Emin Şəkinski kollektivə təqdim olunub

Bakı. 17 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin yeni rəisi polis general-mayoru Emin Şəkinski kollektivə təqdim olunub.

“Report”un xəbərinə görə, E.Şəkinskini kollektivə daxili işlər naziri general-polkovnik Ramil Usubov təqdim edib.

Qeyd edək ki, E.Şəkinski bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi