​Əlövsət Talışxanlı Müsavat Partiyasından istefa verib

​Əlövsət Talışxanlı Müsavat Partiyasından istefa verib "Bu, İsa Qəmbərin göstərişi ilə həyata keçirilib"
Daxili siyasət
17 Noyabr , 2014 18:00
​Əlövsət Talışxanlı Müsavat Partiyasından istefa verib

Bakı. 17 noyabr. REPORT.AZ/ Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı partiyadan istefa verib. 

Bu barədə "Report"a Ə.Talışxanlı özü məlumat verib. O, istefasının səbəbini partiya Divanının qərarı ilə əlaqələndirib: "Səxavət Əlisoy partiyadan kənarlaşdırıldı. Belə qərarın verilməsi düzgün deyildi. Bu, İsa Qəmbərin göstərişi ilə həyata keçirilib. Ona görə də mən belə vəziyyətdə fəaliyyətimi davam etdirə bilmərəm, istefa verirəm".

Qeyd edək ki, Müsavat Partiyası Divanının iclasında başqanlığa sabiq namizəd Səxavət Əlisoy "partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdıqları üçün" partiyadan xaric edilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlıya isə töhmət verilib.

Son xəbərlər

Orphus sistemi