Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (
"Report"un əldə etdiyi məlumata görə, o, bu gündən işə çıxıb.
Qeyd edək ki, E.Süleymanova martın 11-də məzuniyyətə çıxmışdı. O, xarici ölkələrdən birində istirahət edib.
Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə - 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.