Ellada Məmmədli: "Müsavat rəhbərliyi Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayır"

Ellada Məmmədli: "Müsavat rəhbərliyi Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayır" "Bunlardan hər şey gözləyirəm"
Daxili siyasət
16 Fevral , 2015 12:46
Ellada Məmmədli: Müsavat rəhbərliyi Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayır

Bakı. 16 fevral. REPORT.AZ/ "Müsavat Partiyası Qadınlar Birliyinin buraxılmasını "Facebook"un qapalı qruplarında yazırlarsa, deməli, bunun üçün zəmin hazırlayırlar".

Bunu "Report"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O bildirib ki, hazırda partiyanın Qadınlar Birliyinin buraxılması ilə bağlı fikirlər sosial şəbəkələrdə yazışmalar formasındadır: "Qubad İbadoğlunun partiyadan xaric edilməsi Nizamnamə pozuntusu idi. Bundan sonra mən bunlardan hər şey gözləyirəm. Birliyin buraxılıb-buraxılmaması ilə bağlı konkret fikir söyləyə bilmərəm. Hazırda fəaliyyətimiz davam edir. Partiya rəhbərliyi məni hara dəvət edirsə, ora da gedirəm. Partiyanın sonuncu toplantısına məni dəvət etməmişdilər. O toplantını "Sədrlər Şurasının toplantısı" adlandırmaq doğru deyil. Sadəcə, adı "Sədrlər Şurası" idi. Toplantıya bölgələrdən müsavatçılar gətirilmişdi, müsavatçı olmayanlar da orada iştirak edirdi. Görüntü yaratmaq üçün belə bir şeyi təşkil ediblər".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Report"a deyib ki, partiyanın Qadınlar Birliyinin buraxılması partiyanın gündəliyində yoxdur.

Son xəbərlər

Orphus sistemi