Yuxarı

Əli Əhmədov: "Azərbaycanda hər bir sahənin inkişafında Heydər Əliyevin uğurlu siyasətinin izləri var"

Əli Əhmədov: "Azərbaycanda hər bir sahənin inkişafında Heydər Əliyevin uğurlu siyasətinin izləri var"
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov

Bakı. 7 may. REPORT.AZ/ "Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri çox böyükdür. Onun ölkənin inkişafı uğrunda gördüyü işlər bu gün bütün sahələrdə özünü büruzə verir. Ona görə də ümummilli lider Heydər Əliyev təkcə ad günləri ərəfəsində deyil, hər gün yada salınır. Azərbaycanda hər bir sahənin inkişafında ulu öndərin uğurlu siyasətinin izləri var".

"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov hakim partiyanın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirdiyi tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümummilli liderin müəyyənləşdirdiyi siyasət və dəyərlər sırf Azərbaycan xalqına xidmət edir: "Bu mənada xalq qarşısında göstərilən xidmətləri illərlə ölçmək mümkün deyil. Azərbaycan gəncləri Heydər Əliyev dəyərlərini dərindən öyrənməklə öz işlərini yerinə yetirirlər".

Ə.Əhmədov daha sonra əməkdar rəssamı Sakit Məmmədovun ulu öndər Heydər Əliyevə həsr etdiyi portretin açılışını edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi