Ekologiya və təbii sərvətlər nazirinin Qusarda qəbulunun tarixi dəyişdirilib

Ekologiya və təbii sərvətlər nazirinin Qusarda qəbulunun tarixi dəyişdirilib Görüş Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək
Daxili siyasət
25 Aprel , 2017 17:14
Ekologiya və təbii sərvətlər nazirinin Qusarda qəbulunun tarixi dəyişdirilib
Report.az

Bakı. 25 aprel. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla aprelin 28-də nəzərdə tutulmuş görüş mayın 5-nə dəyişdirilib. Görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi