Yuxarı

Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək
Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
© Report

Bakı. 25 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) keçiriləcək.

Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Ləkəran şəhəri, Fizuli küşəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi