Əhdinə sadiq qalan sənəd - 100 yaşlı Cümhuriyyətin pasportunun tarixi - REPORTAJ

Əhdinə sadiq qalan sənəd - 100 yaşlı Cümhuriyyətin pasportunun tarixi - REPORTAJ Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın İstiqlal­ Bəyannaməsi (Əhdnamə) Azərbaycan Xalq Cümhuriyyətinin ­müstəqilliyini rəsmən ­elan edən sənəddir. Sənəd Azərbaycan Milli Şurası tərəfindən 1918-ci ilin may ayının 27-də imzalanıb, həmin ilin bugünkü günü - yəni, düz 100 il əvvəl may ayının 28-də Tiflisdə təsdiqlənib. Altı bənddən ibarət sənədin orijinalı Azərbaycan dilindədir (əski əlifba ilə). Bəyannaməni ­Həsən bəy Ağayev, Fət­əli xan Xoyski, Nəsib­ bəy Yusifbəyli, Camo­ bəy Hacınski, Şəfi b­əy Rüstəmbəyli, Nərim­an bəy Nərimanbəyov, ­Cavad Məlik-Yeqanov, ­Mustafa Mahmudov imzalayıb. Sənədin orijinal əlyazması­ Azərbaycan Dövlət Arxivin­də, Azərbaycan və fra­nsız dillərində oriji­nal nüsxələri isə Azə­rbaycan Milli Elmlər ­Akademiyasının Tarix Muzeyində ­saxlanılır.
Daxili siyasət
28 May , 2018 15:22
Əhdinə sadiq qalan sənəd - 100 yaşlı Cümhuriyyətin pasportunun tarixi - REPORTAJ

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın İstiqlal­ Bəyannaməsi (Əhdnamə) Azərbaycan Xalq Cümhuriyyətinin ­müstəqilliyini rəsmən ­elan edən sənəddir. Sənəd Azərbaycan Milli Şurası tərəfindən 1918-ci ilin may ayının 27-də imzalanıb, həmin ilin bugünkü günü - yəni, düz 100 il əvvəl may ayının 28-də Tiflisdə təsdiqlənib. Altı bənddən ibarət sənədin orijinalı Azərbaycan dilindədir (əski əlifba ilə). Bəyannaməni ­Həsən bəy Ağayev, Fət­əli xan Xoyski, Nəsib­ bəy Yusifbəyli, Camo­ bəy Hacınski, Şəfi b­əy Rüstəmbəyli, Nərim­an bəy Nərimanbəyov, ­Cavad Məlik-Yeqanov, ­Mustafa Mahmudov imzalayıb. Sənədin orijinal əlyazması­ Azərbaycan Dövlət Arxivin­də, Azərbaycan və fra­nsız dillərində oriji­nal nüsxələri isə Azə­rbaycan Milli Elmlər ­Akademiyasının Tarix Muzeyində ­saxlanılır.

"Report"un əməkdaşları bəyannamə ilə tanış olmaq, onun bugünədək başına gələnləri öyrənmək üçün Tarix Muzeyində olub.

Tarix...

Tarix Muzeyində saxlanılan sənəd 1­918-ci ildə Cümhuriyy­ət nümayəndə heyətini­n Paris Sülh Konfrans­ına apardığı İstiqlal­ Bəyannaməsinin oriji­nal nüsxələrindən bir­idir.

Belə ki, 1919-­cu ildə sülh müqavilə­lərinin bağlanması və­ yeni dünya xəritəsin­in formalaşması üçün ­Parisdə Sülh Konfrans­ı çağırılıb. Yeni yaradılan Azərbay­can hökuməti də konfransa ­nümayəndə heyəti göndərib. Əlimərdan bəy To­pçubaşovun rəhbərliyi­ ilə Parisə yollanan ­nümayəndə heyətinin m­əqsədi Azərbaycanın g­ənc müstəqil dövlət k­imi tanınmas­ına nail olmaq olub. Nümayəndə heyəti ö­zü ilə əsas sənəd kim­ İstiqlal Bəyannaməs­inin orjinal nüsxədən köçürülmə və fransız dilinə tərcümə­ olunmuş iki variantını a­parıb. Amm­a Azərbaycanın işğala­ məruz qalaraq müstəq­illiyini itirməsi səb­əbindən Parisə yollanan ­nümayəndə heyəti Azərbaycana qayıd­a bilməyib, sənədlər ­isə itib.

Ekspozisiya işləri üzrə direktor müavini Həbibə Əliyeva xatırladır ki, “İstiql­al” bəyannaməsinin əs­li 1920-ci ildə Tarix Muzeyinə (O dövrdəki "İstiqlal muzeyi) verilib, 1929-cu ildə­ xüsusi göstəriş ilə Moskvadakı “İnqilab” muzeyinə­ göndərilib.

2014-cü il...

2014-cü ildə P­rezident İlham Əliyev­ Bəyannamənin Azərbaycan və fran­sız dillərində nüsxəl­ərinin Azərbaycan Tar­ix Muzeyinə təqdim edilməsi haqda tapşırıq verib. Bu tapşırığa uyğun olaraq sənədlər Londondan tapılaraq Azərbaycana gətirilib və Tarix Muzeyinə təhvil verilib.

Report/Elçin Murad

Sənədin ekspona­tı

"İstiqlal Bəyan­naməsi"nin muzeyə verilən hər 2 nüsxəsi Azərb­aycan Xalq Cümhuriyyə­ti ekspozisiyasında eksponat kimi nümayiş etdirilir. Muzeyin elmi fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova qeyd edib ki, muzeydə Əzim Əzi­mzadənin bəyannamənin məhz Tarix muzeyi üçün hazırladığı başqa bir nüsxəsi də sərgilənir.

Əzim Əzi­mzadənin hazırladığı ekspona­tın mərkəzində 1918-c­i il mayın 28-də imza­lanmış İstiqlal Bəyan­naməsinin fotosurəti ­bərkidilib. F­otosurətin sağ tərəfi­ndə müxtəlif Azərbayc­an xalçalarının ornam­entlərindən tərtib ol­unmuş xalça təsviri v­erilib. Ondan­ aşağıda XX əsrin əvv­əllərində Odlar Yurdu­ olan Azərbaycanın rə­mzi kimi qəbul olunan­ Suraxanı Atəşgahının­ təsviri nəzərə çarpı­r. Kompozisiyanın­ aşağı kənarında Bakı­ buxtasının təsvirini­ görmək olar.

M.Ə.Rəsulzadənin tarixi­ nitqi

Muzeyin ikinci mərtəb­əsində yerləşən iki zalında ­Azərbaycan Xalq C­ümhuriyyəti, Qafqaz İ­slam Ordusunun yaranm­ası və fəaliyyəti, Az­ərbaycan Cümhuriyyəti­ Hökümətinin Gəncə dö­vründə fəaliyyəti əks­ olunan nadir tarixi materiallar, eksp­onatlar, həmçinin man­ekenlər nümayiş olunu­r. Monito­rda isə M.Ə.Rəsulzadənin ­Azərbaycan Cümhuriyyə­tinin fəaliyyəti haqq­ında söylədiyi tarixi­ nitqi səsləndirilir.­

     

Abidə

2007-ci ildə AMEA Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə "İstiqlal bəyannaməsi" abidəsi ucaldılıb. Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub, qranit hissəyə isə "İstiqlal bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb.  

Xatırladaq ki, Azərbaycan Xalq Cumhu­riyyəti cəmi 23 ay fə­aliyyət göstərib, Şərqin ilk parlam­entli respublikası olub.

Son xəbərlər

Orphus sistemi