Yuxarı

Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO

Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

“Report”un məlumatına görə, prosesdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin nümayəndələri, hüquq müdafiəçisi Rauf Zeyni və KİV təmsilçiləri də iştirak ediblər. 

Əfv olunaraq azadlığa buraxılanlar arasında Gürcüstan vətəndaşı Arzuman Nəbi oğlu Bayramov və başqaları da var. 

Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi