Yuxarı

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid “Report”a açıqlamasında deyib ki, iclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

O bildirib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi