​Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb

​Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb Bu gün sonuncu iclas keçirilib
Daxili siyasət
9 Mart , 2016 18:30
​Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb.

Bu barədə "Report"a Komissiyanın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, sonuncu iclas bu gün keçirilib və müraciətlərə baxılıb.

"Ümumilikdə, 400-dən artıq müraciətə baxıldı, tövsiyə xarakterli qərarlar qəbul olundu", - deyə o bildirib.

Komissiyanın tövsiyə xarakterli qərarları yaxın müddətdə Azərbaycan Prezidentinə təqdim olunacaq.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi